"Azərbaycan Hava Yolları" (AZAL) QSC Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir.Bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirim tətbiq olunacaq.
Aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq: Bakı – Nyu-York – Bakı – 599 avro, Bakı – Milan – Bakı – 299 avro, Bakı – Paris – Bakı – 299 avro, Bakı – Praqa – Bakı – 299 avro, Bakı – Berlin – Bakı – 299 avro, Bakı – Dubay – Bakı – 199 avro.
Aksiya çərçivəsində aviabiletlərin satış müddəti 16 – 31 mart 2017-ci il tarixlərini əhatə edir.
Uçuş dövrü 1 aprel – 6 may 2017-ci ildir.*
N.Abbasova