Latviya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini dəstəkləyir. Bunu jurnalistlərə açıqlamasında Latviya prezidenti Raymonds Veyonis deyib.
“Ermənistan-Azərbaycan münaqişəsi yaxın vaxtlarda həll olunmalıdır. Dünya dövlətləri münaqişənin sülh yolu ilə həllində maraqlı olmalıdır. Latviya bu məsələdə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir», - deyə o vurğulayıb.
Latviya prezidentinin sözlərinə görə, münaqişənin nizamlanması bütün region üçün əhəmiyyət kəsb edir. «Dövlətlərin ərazi bütövlüyü təmin edilməlidir», - deyə R.Veyonis qeyd edib.*
R.Babayev