2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Latviyaya rəsmi səfər edəcək. Bu barədə Latviya prezidenti Raymond Veyonis bəyan edib.
“Münasibətlərin inkişafı üçün böyük potensial var. Prezident İlham Əliyevlə görüş zamanı əlaqələrin mümkün inkişaf imkanlarına dair fikir mübadiləsi apardıq. Cari il Azərbaycan prezidentinin Latviyaya səfəri gözlənilir”, - deyə R.Veyonis jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, Bakı ilə Riqa arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
“Qarşılıqlı səfərlərin təşkili əlaələrimizin inkişafı üçüm çox vacibdir”, - deyə R.Veyonis əlavə edib. **
R.Babayev