Azərbaycan 2017-ci ilin yanvar ayında 2 mln. 813,7 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $1 mlrd. 56 mln. 3172,8 min (artım 74,2%) təşkil edib”, - deyə hökumətdən qeyd ediblər.
2017-ci ilin yanvar ayında ixrac edilmiş $663 mln. 768,4 min məbləğində neftin bəyan edilmiş həcmi 1 mln. 652,5 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub, bud a 2015-ci ilin göstəricisindən 0,2% azdır. **
N.Abbasova