2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $682 mln. 5,6 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $2 mlrd. 625 mln. 946,68 min (artım 20,9%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $1 mlrd. 653 mln. 976,14 min, idxalın həcmi $971 mln. 970,54 min təşkil edib. 2016-cı ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 36,64% artıb, idxalın həcmi 0,44% azalıb.
İxracın strukturunda 83,88% neftin, 4,16% neft məhsullarının, 2,38% təbii qazın, 0,21% elektrik enerjisinin, 2,34% meyvə-tərəvəz məhsullarının, 0,07% çayın, 0,17% bitki və heyvan mənşəli yağların, 0,17% qəndin, 0,18% spirtli və spirtsiz məhsulların, 0,37% kimya məhsullarının, 1,43% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,14% pamblq ipliyin, 0,51% qara metal və ondan hazırlanan məmulatların, 1,19% alüminium və ondan hazırlanan məmulatların, 4,16% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 18,41% ərzaq məhsullarının, 1,33% tütün və tütün məhsullarının, 0,07% sementin, 2,59% əczaçılıq məhsullarının, 3,7% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,61% odun və oduncaqdan hazırlanan məhsulların, 10,46% qara metal və ondan hazırlanan məmulatların, 21,5% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 4,26% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,19% mebelin, 33,48% digər məhsulların payına düşüb.
2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət əməliyyatlarında 2,681 min özəl və dövlət müəssisəsi və 1,592 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 137 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 25,55%-i), Çin (7,46%), İsrail (6,76%), Tayvan (6,55%) və Portuqaliya (5,97%), əsas idxal əməliyyatlarını isə Rusiya (19,09%), Türkiyə (15,09%), Çin (10,87%), Almaniya (5,01%) və ABŞ-la (4,68%) həyata keçirib.*
A.Əzizov