2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 178,8 mln. manat və ya ÜDM-in 1,8%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2 mlrd. 370,5 mln. manat, xərcləri 2 mlrd. 191,7 mln. manat təşkil edib.
2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin müvafiq dövründə dövlət büdcəsinin gəlirləri 0,5% azalıb, xərcləri 62,8% artıb.
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya ÜDM-in 1,05%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov