2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana 1,003 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 852 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (artım 15,6%).
Cari ilin yanvar-fevral aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 139 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,1 dəfə) və 7 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 2,7 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 5 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib. **
A.Əzizov