Bakı Əfqanıstanda sülh və sabitliyin bərpa olunmasında vacib rol oynayır. Bu barədə Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayi bəyan edib.
“Azərbaycan "Asiyanın Qəlbi- İstanbul prosesi" formatında əsas ölkə və Kabilin yaxın tərəfdaşı kimi, bu prosesi fəal dəstəkləyir və müxtəlif sahələrdə bizim birgə səylərimizin dəstəkləməsində vacib rol oynayır”, - deyə H.Kərzayi Bakıda keçirilən "Asiyanın Qəlbi-İstanbul Prosesi"ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclasında bildirib.
O ümid edir ki, "Asiyanın Qəlbi- İstanbul prosesi"nə üzv-ölkələrin XİN başçıları səviyyəsində Bakıda keçiriləcək görüş Əfqanıstanda sülh və sabitliyin qurulmasında infrastruskturun bərpası istiqamətində müsbət nəticələrin əldə olunmasında şərait yaradacaq.
H.Kərzayi vurğulayıb ki, Əfqanıstan hökuməti Hizb-i-İslam qruplaşması
Ilə razılıq əldə olunandan sonra “Taliban” ətrafında vəziyyətin nizamlanmasına nail ola bilər.
Nazir müavini qeyd edib ki, Əfqanıstanda elektron ID-kartların tətbiqi ilə ölkədə şəffaf seçkilərin keçirilməsi və təhlükəsizliyin təminatı üçün şərait yaradılacaq. **
R.Babayev