2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 497,2 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 487 mln. manat məbləğində heyvandarlıq, 10,2 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,8% artıb.
Bundan başqa, yanvar-fevral aylarında respublikada 75,6 min ton ət (artım 3,1%), 296,5 min ton süd (artım 2,2%), 278,8 mln. ədəd yumurta (artım 2,9%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 28,8% artıb.*
A.Axundov