2016-cı ildə Azərbaycanda sosial-iqtisadi və infrastruktur layihələrinə investisiya qoyuluşları 15 mlrd. manatdan çox olub. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin plenar iclasında məlumat verib.
"2016-cı ildə iqtisadi azalmanın müşahidə olunmasına baxmayaraq, rabitə, kənd təsərrüfatı, turizm sahələrində qeydə alınan artım müsbət faktdır", - deyə o, hökumətin ötən ilə dair hesabatının təqdim olunduğu iclasda bildirib.
O.Əsədov qeyd edib ki, 2016-cı ildə hökumət deputatlar tərəfindən irəli sürülmüş 50-yə yaxın təklif və tövsiyənin icrası ilə bağlı iş aparıb.*
A.Axundov