Azərbaycan işğal olunan ərazilərin hərbi yolla azad olunması üçün potensial və imkanlara malikdir. Bu barədə baş nazir Artur Rasizadə bəyan edib.
“2016-cı ilin aprel döyüşləri nümayiş etdirdi ki, Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsi üçün uzunmüddətli danışıqlardan başqa hərbi variant da mövcuddur. Həmin döyüşlər Azərbaycan əsgərinin qələbəyə olan iradəsini nüayiş etdirdi”, - deyə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rasizadə bildirib.
Onun sözlərinə görə, aprel döyüşləri “Azərbaycanın hərbi tarixində qələbə səhifəsinə çevrildi”.
“Ermənistanın növbəti təxribatına qəti və laqyiqli cavab Azərbaycan ordusunun yüksək hərbi əhval-ruhiyyəsini nümayiş etdirdi”, - deyə A.Rasizadə vurğulayıb. **
A.Axundov