Prezident İlham Əliyev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi məsələsini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev martın 17-də Bakıda iranlı nazirlə görüşüb.
“Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
M.Vaezi Novruz bayramı münasibətilə prezident İ.Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri M.Vaezini və İran xalqını təbrik edib.*
F.İsazadə