Prezident İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bu gün Bakıda M.İvaniçi qəbul edib
“Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib. Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.*
A.Əzizov