Martın 19-da Kənd Təsərrüfatı Nazirliyi “Agromall Yaşıl Market” yarmarkasının açılış mərasimini keçirəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Yarmarka Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşir. Yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılacaq, ən müasir texniki avadanlıqlarla təchiz olunacaq.
“Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur. “Yaşıl Market”də yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniştələb olunmayacaq”, - deyə məlumatda deyilir. **
F.İsazadə