“Azersu” ASC yeni inzibati binanın tikintisi çərçivəsində işlərin başa çatdırılması üçün podratçı seçiminə dair tender elan edib. Bu barədə ASC-dən məlumat verilib.
Podatçının vəzifələrinə elektrik-texniki, interyer dizaynı və abadlıq işlərinin icrası, bu işlərinn həyata keçirilməsi üçün zəruri material və avadanlıqla təchizatın təminatı daxildir.
Podratçı seçimi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: aşağı qiymət, işlərin yüksək keyfiyyəti, analoji işlərin icrası təcrübəsi və onların vaxtında yerinə yetirilməsi.
Tenderdə iştirak üçün dövlət rüsumu 1 min manat təşkil edir.
Şirkətlərdən təkliflərin qəbulu mayın 4-də başa çatacaq. Təkif zərflərinin açılışı mayın 5-də baş tutacaq. **
A.Axundov