Martın 20-24-də Azərbaycan ərazisində baş vermiş 20 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 340 cinayət faktı qeydə alınıb, onların 97-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 190 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.*
R.Babayev