Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Federal MəclisininFederasiya Şurasının sədr müavini İlyas Maqomed-Salamoviç Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İ.M.Umaxanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib. **
F.İsazadə