“Azərişıq” ASC Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirdiyi “Elektrikpaylayıcı şəbəkənin yenidənqurulması”na dair İnvestisiya Proqramı çərçivəsindəauditor seçir. Bu barədə ASC-dən məlumat verilib.
Podratçı 31 dekabr 2016-cı il - 31 dekabr 2019-cu illəri əhatə edən dövr ərzində Proqram çərçivəsində ilk layihınin hesablamalarının auditini həyata keçirməlidir. Seçim açıq tender üsulu ilə həyata keçirilir. Təkliflər aprelin 5-dək qəbul olunur.
2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması üzrə $1 mlrd. məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb.
Memoranduma əsasən, AİB $750 mln. məbləğində çoxtranşlı kredit, Azərbaycan hökuməti isə $250 mln. vəsait ayıracaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB əməkdaşlıq dövrü ərzində Azərbaycana $2,1 mlrd.-dan artıq ümumi məbləğdə kredit ayırıb. **
N.Abbasova