2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,1% - 401 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 17% - 210,1 min ton, birbaşa qovulan benzin istehsalı 21,9% - 33,9 min ton, sürtkü yağı istehsalı 3,3 dəfə – 3 min ton, neft koksu istehsalı 3,9 dəfə - 28,2 min tonadək artıb.
Hesabat dövründə kerosin istehsalında 7,3% - 105,2 min tonadək, dizel yanacağı istehsalında 13,6% - 316,4 min tonadək, soba mazutunun istehsalında 37% – 144,9 min tonadək, neft bitumu istehsalında 44% - 10,8 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova