Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nizamlanma prosesinin irəliləməsinə dair addımlar müzakirə mövzusu olub.
Tərəflər, həmçinin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinin zəruriliyini vurğulayıblar.*