Azərbaycan prezidenti İlham Əliyev Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşına general-mayor ali hərbi rütbəsi verdi. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilir: polkovnik Rauf Xələfova, polkovnik İlqar Musayevə, polkovnik Sahib Nağıyevə və polkovnik Asif Rüstəmova.
O cümlədən, İ.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətininbir qrup əməkdaşının2-ci dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordenləri və“Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. **
A.Axundov