Azərbaycan səfiri Argentinadakı səfiri Rəşad Aslanov bu ölkənin prezidenti Maurisio Makriyə öz etimadnaməsini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin R.Aslanov və M.Makri Azərbaycan və Argentina arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Səfir M.Makriyə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Argentina prezidenti də Azərbaycanın dövlət başçısına salamlarını çatdırmağı xahiş edib. **