Azərbaycan Mərkəzi Bankı metal pul nişanlarının hesablanması və ayrılması üçün sistem alışına dair tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tenderin şərtlərinə əsasən, bu sistemin təchizatı müqavilə imzalanandan sonra 60 gün ərzində tenderin qalibi tərəfindən həyata keçirilməlidir.
Qalibin seçimi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: qiymət və texniki şərtlər.
Tenderdə iştirak üçün dövlət rüsumu 150 manat təşkil edir.
Tenderə dair təkliflər aprelin 24-dək qəbul ediləcək. Tender proseduru aprelin 25-də baş tutacaq. **
A.Əzizov