Azərbaycan şərablarının Litvada satışı həyata keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Prowein" sərgisində Litvada şərab məhsullarının distributorluğu ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
19-21 mart tarixlərində baş tutan "Prowein" sərgisində müsabiqə əsasında seçilmiş 9 Azərbaycan şirkəti iştirak edib. Bu şirkətlər öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim ediblər.*
A.Axundov