Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət sosial sığorta şəhadətnamələrinin çapı üçün plastik kartların satınalınması ilə əlaqədar tender elan edib. Bu barədə fondun elanında deyilir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: ən səmərəli tender təklifi, iddiaçıların analoji işlər üzrə təcrübəsi, kadr potensialı, maliyyə və texniki imkanları.
Tenderdə iştirak edən şirkətlər vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışı Tender komissiyasına təqdim etməlidir.
Bundan başqa, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqındarəsmi məlumatı təqdim edilməlidir.
Tenderdə iştirak haqqı 250 manatdır. Tender təklifləri mayın 8-dək qəbul olunacaq, tender zərfləri 12 may tarixində açılacaq.*
A.Əzizov