Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan 50 min ədəd "Manchester" adlı siqaret müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə orerativ məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsindəAzərbaycan vətəndaşı Rahid Abbasovun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili saxlanılıb”, - deyə məlumatda deyilir.
Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 min ədəd "Manchester" adlı siqaret aşkar edilib. **
F.İsazadə