Şakir Rəhimov “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. Bu barədə bankın məlumatında deyilir.
“Martın 28-də “Bank Respublika”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Yığıncaqda Ş.Rəhimov bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib”, - deyə məlumatda bildirilir.
O, bundan əvvəl “AccessBank”ın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.*
A.Əzizov