Azərbaycan vətəndaşları üçün ABŞ-a getmək üçün viza alınması prosedurunda heç bir dəyişiklik olmayıb. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
"Bu məlumatın yalan olduğunu təsdiq edirik. Azərbaycanda viza alınması prosedurlarında heç bir dəyişiklik baş verməyib", - deyə səfirliyin nümayəndəsi vurğulayıb.
Öncə mətbuatda ABŞ prezidenti Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğvi haqqında sərəncam imzalamasıyla bağlı məlumat yayılıb. Yeni qaydaya əsasən, Azərbaycan vətəndaşlarının guya 180 gün ərzində ABŞ-da olmaq hüququ verəcək. **
F.İsazadə