Dünya şöhrətli pianoçu Adilə Əliyeva Azərbaycanın birinci vitse-prezidentinə həsr olunan CD-diski hazırlayıb. Bu barədə Azərbaycan Respublikası Diaspor Jurnalistləri Birliyindən məlumat verilib.
“Adilə Əliyevanın İsveçrədə iki kompakt-diski hazırlanıb. CD-lərdən biri İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digər isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub”, - deyə məlumatda deyilir.
Bu barədə Fransanın “Le Dauphiné libéré” jurnalında məlumat verilib.
Qeyd olunur ki, həmin CD-lərdə görkəmli İsveçrə və Azərbaycanbəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır. **
F.İsazadə