Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin tarifləri dövlət tərəfindən tənzimlənəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edilib.
“Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən olunacaq”, – deyə qərarda bildirilir.
Beləliklə, qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) ümumi sayı 43 təşkil edir.*
A.Əzizov