Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 100 cinayət faktı qeydə alınıb, onların 25-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 110 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev