2017-ci ilin əvvəlindən Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkil kredit təşkilatları vasitəsilə sahibkarlara 20,7 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyuindən məlumat verilir.
Cari ilin əvvəlindən fonrin vəsaiti hesabına 90-a yaxın sahibkarlıq subyekti maliyyələşdirilib.
Bu gün SKMF Cəlilalbad rayonunda sahibkarlığa dövlət dəstəyi üzrə tədbir təşkil edib.
İndiyədək Lənkəran iqtisadi rayonunda sahibkarlar 3 minə yaxın layihənin reallaşdırılması üçün 118,6 mln. manat məbəğində güzəştli kredit alıblar.
“Tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunbda fəaliyyət göstərən asahibkarlıq subyektləri 226 min manat ümumi məbləğdə güzəştli kredit əldə edib. Vəsait heyvandalıq, arıçılıq, çayçılıq, üzümçülük və digər sahələrin inkiafına yönəkldiləcək”, - deyə məlumatda deyilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək.**
A.Axundov