“AccessBank” nizamnamə kapitalını 41,2% - 119,85 mln. manatadək artırıb. Bu barədə bankın məlumatında deyilir.
““AccessBank”ın səhmdarlarının 34,85 mln. manat məbləğində 8,2 mln. ədəd yeni səhm əldə etməsi nəticəsində bankın nizamnamə kapitalı 119,85 mln. manatadək artırılıb. Buraxılmış səhmlər mövcud səhmdarlar tərəfindən paylarına mütənasib şəkildə əldə edilib və bununla onların bankın nizamnamə kapitalında payları dəyişməz olaraq qalıb”, - deyə məlumatda bildirilir.
Səhmlərin emissiya və qeydiyyat prosesi 29 mart tarixində uğurla başa çatıb.
““İndiki dəyişkən şəraitdə kapitalın artırılması açıq-aşkar onu göstərir ki, “AccessBank” əksəriyyəti nüfuzlu beynəlxalq maliyyə institutları olan və ən yüksək ‘ААА’ reytinqinə malik səhmdarları tərəfindən güclü dəstək alır”, – deyə məlumatda bankın İdarə Heyətinin sədri Michael Hoffmana istinadən qeyd edilir.*
A.Axundov