Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İ.Əliyevin müvafiq sərəncamı bu gün rəsmi mətbuatda dərc olunub.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan nazirliyə 2 mln. manatın ayrılması tapşırılıb. **
A.Əzizov