Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən Gürcüstandan külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Tovuz Gömrük İdarəsinin əməkdaşları "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Mark-2" markalı nəqliyyat vasitəsinə baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48 min ədəd "Dubao" markalı siqaretlər aşkar edilib”, - deyə məlumatda deyilir.
O cümlədən, Tovuz Gömrük İdarəsinin əməkdaşları Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsində 8 min ədəd "Marlboro" markalı siqaret, 34 ədəd mobil telefonlar aşkar edilib. **
R.Babayev