Azərbaycan Gürcüstanla baytarlıq və fitosanitar sahələrdə müvafiq müqavilələrin imzalanmasını məqsədəuyğun hesab edir. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeilə görüşdə deyib.
“O, həmçinin fındıqçılıq, baramaçılıq, çayçılıq və digər sahələr üzrə Gürcüstanla əməkdaşlığın vacibliyini qeyd edib”, - deyə məlumatda bildirilir.
İ.Quliyev Gürcüstan iş adamlarını may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.*
A.Axundov