SOCAR-ın (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi «G-4T» və «G-6T» smartkarttipliməişət qaz sayğaclarının tədarükçüsünü seçir. Bu barədə İB-dən məlumat verilib.
Seçim açıq tender üsulu ilə həyata keşirilir.
Tenderdə iştirakın dəyəri 590 manat (ƏDV daxil olmaqla) təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 3 may tarixinədək öz təkliflərini təqdim etməlidir. Tender proseduru da mayın 3-də keçiriləcək.
Tenderin qalibi müqavilə imzalanandan sonra 7 ay müdətində sayğacların tədarükünü təmin etməlidir. **
N.Abbasova