Xocalı soyqırımı XX əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş ermənilərin cəzasız qalmasının nəticəsidir. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırımı hadisələrini unutmamalıyıq. Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumub, hadisəni törədənlər isə cəzasız qalıb. Bundan istifadə edərək ermənilər əsrin sonlarındaXocalı soyqırımını törədiblər”, - deyə o qeyd edib.
Administrasiya rəsmisi hesab edir ki, bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət hərtərəfli məlumatlandırılmalıdır. Beynəlxalq birlik və böyük dövlətlər isə ədalətli mövqe tutmalıdır.*
F.İsazadə