ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz Dağlıq Qarabağ münaqişəsi tərəflərini etimad yaradıcı tədbirlər və substantiv danışıqların bərpasına çağırıb.
“Bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki onillik ərzində baş verən ən dəhşətli döyüş zorakılığa, insan itkisinə və əziyyətlərə səbəb olub. Bu, müharibənin sülh səylərini nə dərəcədətəhlükə altına almasının sübutudur”, - deyə S.Kurzun 2016-cı ildə Qarabağ münaqişəsi zonasında aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanatında deyilir.
ATƏT-in sədri danışıqlarda yeni impulsun olacağına ümid etdiyini vurğulayıb. “Etimad yaradıcı tədbirlər və substantiv danışıqların bərpası üçün praqmatik və praktik addımlar atmağın əsl vaxtıdır”, - deyə S.Kurz qeyd edib. **
ATƏT-in sədri tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırıb. “Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”, - deyə o bəyan edib.
S.Kurz bildirib ki, bir il əvvəl baş verən döyüşlərin afterşoku azərbaycanlılar və ermənilərin sülhə inanmasını daha da çətinləşdirdi. “Lakin dəfələrlə qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”. “Biz bu gün sülh planı qurmalıyıq və müharibənin bütün pis nəticələri ilə birlikdə geri qayıtmasına imkan verməməliyik”, - deyə o bildirib.
“ATƏT sədrliyi tərəflərin 2016-cı ildə Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi istiqamətində səylərinə töhfə verməyə hazırdır”, - deyə S.Kurz əlavə edib. **
A.Əzizov, F.İsazadə