2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 294 mln. 566,7 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 389,4 min nəfər (artım 38,4%), dəniz nəqliyyatı ilə 2,6 min nəfər (artım 23,8%), hava nəqliyyatı ilə 266,5 min nəfər (artım 29,1%), metro vasitəsi ilə 35 mln. 619,6 min nəfər (artım 4,9%) daşınıb.
Bu ilin yanvar-fevral aylarında avtomobil nəqliyyatı vasitələri ilə 258 mln. 288,6 min sərnişin (artım 1,9%), avtobuslarla 248 mln. 986,1 min sərnişin (artım 1,9%), taksilərlə 9 mln. 302,5 min sərnişin (artım 3,1%) daşınıb.**
N.Abbasova