Bakı Fond Birjası (BFB) daxilində olan biznes proseslərinin avtomatlaşdırılmasına başlanılıb. Bu barədə birjanın məlumatında deyilir.
“Bakı Fond Birjasının fəaliyyətində risklərin idarə olunması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə BFB daxilində olan biznes proseslərinin avtomatlaşdırılması və elektron sənəd dövriyyəsinin təşkilinə başlanılıb”, - deyə məlumatda bildirilir.
Mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuş avtomatlaşdırma şirkət daxili layihələrin idarə edilməsi, elektron sənəd dövriyyəsinin təşkili, hesabatlılıq, daxili resursların və biznes proseslərinin effektiv idarə edilməsi, daxili nəzarət sahələrini əhatə edəcək.*
A.Axundov