SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ilin birinci rübündə 93 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Beləliklə, həmin çoxmərtəbəli binalarda 4,903 min mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2016-cı ildə “Azəriqaz” İB 397 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.**
N.Abbasova