Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 17,2 min ABŞ dolları aşkar edilib”, - deyə məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə