"Avrasiya ideyaları emalatxanası" Elmi-Tədqiqatlara Dəstək Fondunun Ekspert Şurasının sədri Sergey Trofimçuk Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində Bakının Dağlıq Qarabağın statusunun müzakirəsinə hazır olmasını mühüm amil hesab edir.
“Azərbaycan Qarabağın statusun müzakirəsinə hazırdır, bu münaqişənin nizamlanması üçün nümunəvi amildir”, - deyə S.Trofimçuk Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması bütün dünya üçün təhlükədir. “1994-cü ildən etibarən danışıqlar prosesi davam edir. Bu, nəinki bizim üçütərəfli Rusiya-Azərbaycan-Ermənistan formatımız, hamı, bütün region, bəlkə də bütün dünya üçün təhlükəlidir”, - deyə politoloq vurğulayıb.
S.Trofimçuk Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin mövcudluğunu qeyd edib. “Son zamanlar Bakı bəyan edir ki, Qarabağ - onun daxili problemidir, bu vacib detaldır. Buna baxmayaraq, o bu bəyanata qapanmır və güzəştlər təklif edir. Yəni, Rusiya prezidenti Vladimir Putinin də təklif etdiyi məhz bu olub”, - deyə politooq bildirib.
O qeyd edib ki, münaqişəsinin həlli iqtiqamətində müəyyən irəliləyiş var. “Bu iki bənddə artıq müşahidə olunur. Birincisi, Ermənistan və Azərbaycan arasında sülh və dostluq məqsədilə platforma yaradılıb. İkincisi, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə etməyə hazırdır. Həmin güzəşti əldə etmək çərçivəsində bu iki çox mühüm təklifdir. Bu səbəbdən, balans məqsədilə güzəştə getmək zəruridir”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, əks halda ciddi uyğunsuzluq meydana gələcək ki, bu da vəziyyəti daha da gərginləşdirəcək.
“Sülh platforması çərçivəsində Azərbaycanın fəaliyyətini tənqid edən və həmin struktur çərçivəsində düzgünolmayan ermənilərin çalışdığını bəyan edənlər haqlı deyillər. Qeyd etmək istərdim ki, nəhayət yaxşı erməniləri təklif edin. Ermənistana da müraciət etmək lazımdır: sizin nöqteyi-nəzərinizdən düzgün, yaxşı, rəsmi hesab edilən ictimai xadimləri təqim edin”, - deyə S.Trofimçuk bəyan edib. **
R.Babayev