Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstanın lideri Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Bu barədə dövlət başçısın saytında məlumat verilir.
Xüsusilə, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Bundan başqa, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı imzaladılar.
Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i imzalandı. **
A.Əzizov