Prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilir”, - deyə məlumatda bildirilir.
Müvafiq sərəncam aprelin 3-də imzalanıb.*
R.Babayev