Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı hmkarı Nursultan Nazarbayevin Baəıya səfərindən sonra özəl sektorun qarşılıqlı sərmayələrinin həcminin artacağına ümid edir.
“Düşünürəm ki, sisin səfəriniz və qəbul edəcəyiniz qərarlar özəl sektoru sərmayələrin həcmini artırmaq məqsədilə özəl sektoru təşviq edəcək”, - deyə İ.Əliyev N.Nazarbayevlə geniş tərkində görüşdə bildirib
Dövlət başçısının sözlərinə görə, səfər çərçivəsində qəbul ediləcək qərarlar ticarət dövriyyəsini daha da artırmağa imkan və regional əməkdaşlıq sahəsində yeni vəziyyət yaradacaq. “Qazaxıstan və Azərbaycan konkret nəqliyyat və enerji layihələri vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox şey edirlər. Şirkətlərimiz arasında qarşılıqlı investiyaların qoyuluşları da məni sevndirir”, - deyə İ.Əliyev vurğulayıb.
Azərbaycan prezidenti BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Qazaxıstanı təbrik edib. “Bu, dünya proseslərində Qazaxıstanın rolunun, şəxsi nüfuzunuz və nəinki regionda, həm də bütün planetdə sülhün möhkəmlənməsi üçün irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir”, - deyə İ.Əliyev qeyd edib. **
F.İsazadə