Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin mart ayında valyuta hərraclarında $250 mln. ümumi məbləğdə valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Mart ayı ərzində ARDNF $250 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin fevral ayında valyuta hərraclarında $285,4 mln. məbləğində valyuta satıb. Beləliklə, martda valyuta satışının həcmi yanvar ayı ilə müqayisədə 3,3% azalıb.
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov