SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin I rübündə Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 404,413 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, ötən ilin I rübündə ARDNŞ Novorossiysk limanından 79,936 min ton neft yola salıb. Beləliklə, bu ilin yanvar-mart aylarında şirkətin limandan yola saldığı neftin həcmi 5 dəfə artıb.
2017-ci ilin mart ayında SOCAR Novorossiysk limanından 244,635 min ton neft yola salıb.*
N.Abbasova