ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və YSPQ-in nümayəndəsi polkovnik-leytenant Patrik Farrelli keçirəcəklər.*
R.Babayev